Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Rufulla Axundzadə səhhətindən şikayətlənir

İslamçı məhbus Rufulla Axundzadə səhhətindən şikayətlənir. Ötən ay Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılan dustaq xəstəxana qaldığı müddətdə heç bir müalicə almadığını iddia edir.

Aprelin 2-də məhbusla görüşən vəkil Anar Qasımlı "Media forum" saytına deyib ki, Rufulla Axundzadə ürək tutmalarından, boğulmaların əmələ gəlməsindən əziyyət çəkir: "Deyir ki, müalicə müəssisəsinə köçürüldükdən sonra iki həftə saxlanıb, həkimi məzuniyyətdə olduğu üçün müalicə oluna bilməyib. Yenidən müalicə müəssisəsinə köçürülmək istəyir. Bunun üçün müraciət edəcəyik".

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP