Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Bıçaqlanmış gənci klinika qan içində küçəyə atdı

Nəsimi rayonu Rəşid Behbudov küçəsində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında baş verən hadisə zamanı təxminən 25-27 yaşlı gənc oğlan naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Ərazidə olanlar yaralını yaxınlıqdakı "Nihat Klinikası"na aparsalar da, klinika yaralını qəbul etməyib. Hadisə şahidləri bildirir ki, yaralını klinikaya aparıblar: "Klinikanın işçiləri yaralını heç içəri buraxmadı. Biz güclə də olsa, onu içəri saldıq, ancaq onlar xəstəni yaralı vəziyyətdə küçəyə atdılar. Xəstəni qan aparırdı. Yaraları çox olduğundan ayaq üstə dayana bilmirdi. Klinika işçiləri isə bildirdilər ki, onlarda cərrahiyyə şöbəsi yoxdur".

Hadisə şahidi deyir ki, klinika işçiləri heç yaralıya ilkin yardım da göstərməyib. Onlardan təcili yardıma zəng etmələrini istəsələr də, klinika işçiləri qapını arxadan üzlərinə bağlayıb. Yaralı gənci ətrafdakıların köməyi ilə maşına mindirərək xəstəxanaya aparıblar./axar/
1450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı