Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Suriyada bir kamikadze bombanı öz dostlarının arasında partladıb

Bəzi mənbələr, bombaya toxunan kamikadzenin narkotik maddələr qəbul etdiyindən partlayıcılara bilməyərəkdən toxunduğunu bildiriblər

Suriyada bir kamikadze bombanı öz dostlarının arasında partladıb.

İnterAz-ın Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, ölkənin virtual mənbələrində bir qrup kamikadzenin fəaliyyətlərini əks etdirən və onlar tərəfindən partladılması nəzərdə tutulan bombanın qəflətən partlaması əks etdirilib.

Videogörüntüdə Suriya müxalifətinə mənsub radikal qruplaşmaların hansı şəkildə kamikadze əməliyyatlarına hazırlaşmaları və burada ruh yüksəkliyini qaldıran şüarların və marşların oxunduğu müşahidə edilir. Lakin kadrda görünən şəxslərdən birinin quraşdırılmış bombaya toxunması nəticəsində partlayış baş verir.

Bəzi mənbələr, bombaya toxunan kamikadzenin narkotik maddələr qəbul etdiyindən partlayıcılara bilməyərəkdən toxunduğunu bildiriblər.
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber