Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

İran və Rusiya arasında 20 milyardlıq neft razılaşması artıq yekunlaşmaqdadır

İran 20 milyard dollar məbləğində nefti gündəlik 500 min barel olmaqla Rusiyaya ixrac edərək əvəzində ərzaq və digər əmtəələr əldə edə biləcək

İran və Rusiya arasında 20 milyardlıq neft razılaşması artıq yekunlaşmaqdadır.

İnterAz İran mətbuatına istinadla xəbər verir ki, “Reuters” agentliyi İran və Rusiya arasında 20 milyard dollarlıq neft müqaviləsinin artıq baş tutduğunu deyib. Agentliyin məlumatına görə, İran-Rusiya arasındakı neft əvəzində qida razılaşmasının bütün sənədləri və qanuni prosedurları həyata keçirilib və tərəflər yalnız Rusiyaya veriləcək neftin qiyməti barədə danışıqlar aparırlar.

Məlumata əsasən, sözügedən razılaşmaya görə İran, 20 milyard dollar məbləğində nefti gündəlik 500 min barel olmaqla Rusiyaya ixrac edərək əvəzində ərzaq və digər əmtəələr əldə biləcək.

Bildirək ki, sözügedən nəhəng müqavilə barədə Rusiya və İran rəsmiləri məlumat vermirlər. Amma adının çəkilməsini istəməyən bir sıra rəsmi mənbələr, İran neftinin çox qisminin Xəzər dənizi vasitəsilə Rusiyaya daşınacağını, az bir qisminin isə Fars körfəzindəki Bəndər Abbas limanından veriləcəyini deyiblər. Müqavilənin müddəti 2-3 il ərzində proqnozlaşdırılır.
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP