Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

4 nurçu polis rəisi təyyarədə həbs edildi

Xüsusi tapşırıq üzrə İsrailə gedən dörd polis rəisi təyyarədən düşürdülüblər.

İsrailə getmək üçün xüsusi olaraq seçilən altı nəfərlik komandadakı polis rəisləri təyyarədə şok yaşayıblar. Dörd rəisə “çamadanlarınızı düşürdün, deşifrə olundunuz”, - deyilib. Təyyarədən düşürdülən polislərin silah və vəsiqələri alınıb. Rəislərin Daxili İşlər naziri Əfqan Alanın göstərişi ilə saxlanıldıqları bildirilib.

Müxtəlif şəhərlərdə Terrorla Mübarizə, Kəşfiyyat, Qaçaqmalçılıq və Banditizmlə Mübarizə idarəsində çalışan bu dörd polis rəisinin Gülən hərəkatına üzv olduqları üçün saxlanıldıqları bildirilir.

Xatırladaq ki, TIPH beynəlxalq missiyasında 10 Türkiyə polisi işləyir. Altı aydan bir komanda dəyişdirilir və polislər 4-5 min dollar arası maaş alır. Türkiyə Baş Mühafizə İdarəsi İsrail ilə Fələstin arasındakı insan hüquqlarının pozulmasını müşahidə etmək üçün Əl-Xəlildə (İsraillə Fələstin arasındakı mübahisəli bölgə - red.) təşkil olunan Beynəlxalq Müvəqqəti İştirak (TIPH) qüvvələrində çalışacaq müxtəlif rütbələrdən altı polisi seçib.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı