Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

AİP-in Astara komitəsinin sədri barədə həbs qətimkan tədbiri seçilib

Azərbaycan İslam Partiyası Astara komitəsinin sədri Famil Şükürov barədə rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Famil Şükürov fevralın 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra tutulub. Astara Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etmək) maddəsi ilə təqsirli bilərək barəsində 1 aylıq inzibati həbs qərarı çıxarıb.

Vəkil Anar Qasımlı “Media forum” saytına deyib ki, partiya funksioneri Bakı İstintaq Təcridxanasında saxlanır, istintaqı Daxili İşlər Nazirliyi aparır: “Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilir. Onu sakinlərin sosial şəbəkələrdə təhqir olunduqlarını deyərək keçirdikləri aksiyanın təşkilatçısı sayırlar”.
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı