Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Livanda suriyalı qaçqınların sayı 1 milyon nəfəri ötüb

Livana üz tutan suriyalı qaçqınların sayı artıq 1 milyon nəfəri ötüb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, hazırda hər 1000 nəfər livanlıya 220 suriyalı qaçqın düşür.

Livan hazırda ən çox qaçqının cəmləşdiyi ölkədir, xeyli sayda şəhər və kəndlərdə qaçqınların sayı livanlılardan çoxdur. Livandakı suriyalı qaçqınların yarısını uşaqlar təşkil edir. Məktəb yaşlı suriyalı qaçqın uşaqların sayı 400 min nəfərdən çoxdur. Bu rəqəm ümumtəhsil məktəblərində oxuyan Livanlı uşaqların sayını kölgədə qoyur, Livan məktəblərində yalnız 100 min suriyalı qaçqın uşaq təhsil alır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (QAK) Antonio Quterreş deyib ki, BMT QAK hər gün Livanda 2500 yeni qaçqın qeydiyyata alır. Livan hökuməti səhiyyə, təhsil, elektrik enerjisi, su və sanitariya sahəsində çatışmazlıqlar şəraitində artmaqda olan ehtiyacları qarşılamaq üçün mücadilə edir. Sanitariya və tullantıların kənarlaşdırılması çətinləşib, klinikalar və xəstəxanalar həddən artıq yüklənib, su təchizatı pisləşib. BMT QAK bəyan edib ki, böhrana sinə gərmək üçün Livanın uzunmüddətli inkişaf proqramlarına ehtiyacı var. Livana tələb olunan humanitar ehtiyacların yalnız 13 faizi maliyyələşdirilib. Sayı artmaqda olan qaçqınlar münasib yaşayış yeri tapa bilmirlər, yaxud da buna imkanları çatmır, bu səbəbdən də çadırlarda, qarajlarda, heyvan çardaqları kimi təhlükəli sığınacaqlarda yerləşməli olurlar. 80 min insanın təcili olaraq tibbi yardıma ehtiyacı var./apa/
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber