Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Bakıda it damında yaşayan ailə

Bakıda gənc ailə 3 azyaşlı uşağı ilə it damında yaşayır. Cəfərovlar ailəsi 2 ay olar ki, sınıq-sökük daxmada yaşayır.

3 övladı ilə artıq neçə illərdir kirayədə yaşayan Cəfərovlar kirayə pulu ödəyə bilmədiklərindən evdən çıxarılıblar. Bu səbəbdən də ailə Binəqədi rayonu, III mədən küçəsi, 108-ci korpusda itlərin yaşadığı yerdə yaşamaq məcburiyyətində qalıb.
Ailə üzvlərinin heç biri işləmir və dolanmaq üçün qonşuların ümidinə qalıblar. Onlara yemək verilsə yeyirlər, verilməsə də ac qalırlar. Ailənin xanımının sözlərinə görə, uşaqların günlərlə yemək yemədiyi vaxtlar olur. Ailənin 5 yaşlı böyük oğlu müalicə ala bilmədiyindən hələ də danışa bilmir.
Məcburi köçkün olan Cəfərovlar ailəsinə əvvəlcə məcburi köçkün olduqları üçün çörəkpulu verilib. Amma bir neçə il olar ki, həmin çörəkpulundan da məhrum olublar.
Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ziyafət Hüseynova bildirib ki, əgər kimsə qeydiyyatda olduğu rayondan çıxıbsa, ona çörəkpulu verilmir. Hətta yenidən qeydiyyata düşsə belə...
Ünvanlı sosial yardıma gəlincə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, vətəndaş ünvanlı sosial yardım almaq üçün müraciət etməli və lazımi sənədləri toplayaraq verməlidir. Yalnız bundan sonra Cəfərovlara kömək etmək olar. Əks halda ailəyə ünvanlı sosial yardım edilə bilməz./ans/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber