Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

İslam dini milyonçu "bar qızının" həyatını necə dəyişdi

Həmin xanım Britaniyanın ən məşhur milyonçularından biri, tanınmış qlamur xanım Hizer Mettyusdur. O, istirahətini İbisada, gecə barlarında və kafelərdə, dansinq-pollarda və diskotekalarda keçirirdi.

İndisə o, həyatını tam dəyişib. Çünki o, İslamı qəbul edəndən sonra başına hicab bağlayıb və mömin həyat tərzi sürməyə başlayıb. İki uşaq anası, 28 yaşlı ingilis Hizer Mettyus İbisadakı növbəti istirahətindən qayıdandan sonra İslamı qəbul edib.

Müsəlman olmuş Hizer indi həyatının tam dəyişdiyini deyir:

"Sanki illərlə səhrada ac, susuz gəzəndən sonra buz kimi soyuq suyu olan bulağa rast gəlmişəm. Həyatımın mənası dəyişib, ALLAHa inam məni bəxtəvər edib. ALLAHdan savayı kimsədən qorxmadığım üçün ürəyimdə sakitlik, beynimdə sevinc var. Heyfsiləndiyim yeganə məqam indiyədək İslamdan kənar qalmağım, ürəyimdə ALLAH qorxusunun olmamasıdır", - Hizer Mettyus deyib.


1339 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31