Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

CHP-linin hicablı qızı AKP-dən bələdiyyə sədri seçildi (Foto)

Elazığın Keban rayonunda seçilən AKP-li bələdiyyə sədri hamı tərəfindən maraqla qarşılanıb.

Elazığın Keban rayonunda 51 yaşlı Fəthiyə Atlı namizəd bazar günü keçirilən seçkilərdə 1715 səslə ən yaxın rəqibini təxmini 900 səs fərqilə üstələyərək, bələdiyyə sədri seçilib. 

Maraqlısı budur ki, daha çox yeni bələdiyyə sədrinin həyatı gündəm mövzusu olub. Çünki onun atası Timur Atlının 1977-ci ildə eyni rayonda CHP-dən bələdiyyə sədri seçildiyi bildirilir. 

Həcc ziyarətində də olan Fəthiyə Atlı dindar və hicablı olması səbəbiylə çalışdığı təşkilatda böyük çətinliklər çəkdiyini, başını açmadığı üçün çalışdığı təşkilatdan qovulduğunu qeyd edib. 

2002-ci ildə iflic qohumu olan Bəkir Atlı ilə evlənib. O, seçki müddətində ərinin ona böyük dəstək verdiyini və uşaqları olmasa da ailəsilə xoşbəxt olduğunu bildirib.







1160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber