Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Moskva Rusiyanın NATO yanında hərbi nümayəndəsini geri çağırıb

Rusiya Müdafiə Nazirliyi ölkənin NATO yanında baş hərbi nümayəndəsi general-polkovnik V.Yevneviçi məsləhətləşmələr üçün Moskvaya çağırıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə aprelin 3-də Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

“Vəziyyətin süni gərginləşdirilməsi bizim seçimimiz deyil. Buna baxmayaraq, biz NATO ilə əməkdaşlığı davam etdirməyə mümkünsüz olduğunu görürük”, deyə Antonov vurğulayıb.

“Alyansla hərbi sahədə gələcək təmaslarımızı tərəfdaşlarımızın atacaq əməli addımlarına uyğun quracağıq”, deyə o əlavə edib.

Antonov qeyd edib ki, NATO ölkələrinin Rusiya ilə hərbi və mülki əməkdaşlığa son qoymaq qərarı çoxillik işin nəticələrini sıfıra endirib.

Xatırladaq ki, NATO Krım məsələsinə görə Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırmağa qərar verib.
1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP