Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Əfqanıstanda bələdiyyə üzvlüyünə namizəd olan 9 nəfərin başı kəsilib

Prezident və bələdiyyə seçkilərinə hazırlaşan Əfqanıstanda dəhşətli hadisə baş verib.

Bu barədə Lent.az-ın Əfqanıstanda olan əməkdaşı Səbuhi Məmmədli yerli media təmsilçilərinə istinadla məlumat verib.

Məlumata görə, hadisə Əfqanıstanın Sari Pul adlanan bölgəsində baş verib. Belə ki, bu bölgədə bələdiyyə üzvlüyünə namizəd olan 9 nəfər bir müddət öncə oğurlanıb. Bu gün isə həmin şəxslərin başları kəsilmiş formada cəsədləri tapılıb.

Əfqanıstanın mərkəzi Kabildə isə sabah keçiriləcək seçkilərlə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb.
1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber