Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

“Əliyev ABŞ-dan Azərbaycanda hərbi baza yerləşdirməyi istəmişdi”

“Biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda hərbi bazasını yerləşdirsin”.

Bu sözləri Vəfa Quluzadə deyib.

O, hazırda Amerikanın 90-cı illərdə cəsarət edib atmadığı addımının cəzasını çəkdiyini bildirib:

“Vaxtı ilə mən Heydər Əliyevlə birgə işləyəndə biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda hərbi bazasını yerləşdirsin. Amma Amerika ondan çəkindi. Amerika gərək 90-cı illərdə buna gedəydi. Amma etmədi. 90-cı illərdə bazasını burada yerləşdirsəydi, Krımda bu tip proseslər baş verməyəcəkdi. Ola bilsin, Qarabağ problemi də həll olunacaqdı. Rusiya həmin zaman Amerikaya reaksiya vermək iqtidarında deyildi. Yeltsinin dövrü idi və Rusiya çökmüş vəziyyətdəydi. Amerika burada olduqca cəsarətsiz mövqedən çıxış etdi. İndi Rusiya Amerikaya şilləsini vurub. Amma cavabını hələ görməyib”./axar/
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber