Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Rus politoloq Azərbaycanı hədələdi

Aleksandr Duqin: «Azərbaycan BMT-dəki səsverməyə görə Rusiyaya cavab verəcək»

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq görüş mətbuat üçün qapalı olub.Belə ehtimal edilir ki, görüşdə Azərbaycanın BMT-dəki səsvermədə Ukraynaya göstərdiyi dəstək də müzakirə predmeti olub. Və əslində görüş daha çox Rusiyanın bu məsələ ilə bağlı narazılığının Azərbaycan tərəfinə çatdırmaq məqsədilə baş tutub.

Bu arada isə görüş ərəfəsində Rusiyalı politoloqların, siyasilərin Azərbaycana ünvanlanan mesajları birmənalı qiymətləndirilmir. Həmin bəyanatların bir qismində hətta Azərbaycana qarşı açıq hədələr də görünür. Məsələn, Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan politoloq Aleksandr Duqin mətbuata açıqlamasında bildirib ki, hazırda Rusiyanın başı Ukrayna ilə qarşıqdır. Bu proses başa çatdıqdan sonra isə Rusiya hansı dövlətin ona dost, hansı dövlətin isə düşmən olduğunu aydınlaşdıracaq: «Azərbaycanın ərazi bütövlüyünün təminatçısı kimi yalnız rusiya çıxış edə bilər. Azərbaycan Ukrayna ilə bağlı BMT-dəki səsverməyə görə Rusiyaya cavab verəcək və rəsmi Bakı bunun bədəlini ödəyəcək».
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı