Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Avtobus sürücüləri aksiya keçirdi - Foto

Avtobus sürücüləri işə çıxmaqdan imtina etdilər; Yüzlərlə sərnişin saatlarla avtovağzallarda gözləməli oldu.

Apreli 4-də Şirvan və Salyan rayonlarındakı avtovağzallarda çalışan avtobus sürücüləri aksiya keçiriblər. İşə çıxmaqdan imtina edən avtobus sürücüləri tərəfindən "Müsavat”a verilən məlumata görə, aksiyaya səbəb Salyan və Şirvan rayonlarını birləşdirən magistral yolun dağılaraq, bərbad hala düşməsidir. 

Avtobus sürücülərinin sözlərinə görə, iki rayonu birləşdirən magistral yolun dağılması səbəbi ilə 1 saatlıq yolu bəzən 3-4 saata gedirlər. Bu da öz növbəsində onların iş qrafikinə çox ciddi təsir edir. 

Bəzən günlərlə reysə çıxmaq üçün növbə gözlədiklərini deyən sürücülər daha sonra “Azeryolservis” ASC-nin 38 saylı yol tikinti idarəsinin Şirvan rayonundakı ofisinin qarşısına toplaşaraq, yolun təmir olunmasını tələb ediblər. Yol tikinti idarəsindən aksiya keçirən sürücülərə bildirilib ki, sözügedən magistral yol yaxın günlərdə əsaslı təmirə dayandırılacaq. 

İdarədən verilən məlumata görə, artıq bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri təsdiqlənib. Uzunluğu 31 kilometr olan Salyan-Şirvan yolunun 10 kilometrlik hissəsini Şirvan 34 saylı yol istismarı idarəsi, 21 kilometrini isə Salyan 38 saylı yol istismarı idarəsi təmir edəcək.


Sürücülərin aksiyası nəticəsində Salyan və Şirvan rayonlarının avtovağzallarında yüzlərlə sərnişin saatlarla gözləməli olub. Avtovağzal rəhbərliyi isə bu marşruta kənardan avtobus qoşmaqla problemi qismən aradan qaldırmağa çalışıb.

Şirvan sakinlərinin “Yeni Müsavat” verildikləri məlumata görə, magistral yolun 31-ci kilometrliyi tamamilə dağıldığından, çox vaxt avtobusun aşmaması üçün düşüb, 200-300 metr piyada getməli olurlar. Onların sözlərində görə, asfalt örtüyü dağıldığından yol üzərində qabartı və çökəkliklər yaranıb. Bu da avtomobillər üçün çox ciddi problemlər yaradır. Qırxçıraq, Parça Xələc, Seydan, Abadkənd, Xələc, Kolanı, Qarabağlı, Təzəkənd, Gomuşlu, Kərimbəyli, Qaraçala, Yolüstü, Çadırlı, Bəşirbəyli və Pambıqkənd yaşayış məntəqələri ilə əlaqəni tamamilə kəsilib.

Sakinlərin sözlərinə görə, magistral yol axırıncı dəfə 70-ci illərdə asfaltlanıb. Sonradan yol təmir adı ilə bağlansa da, yüngül yamaqların burulmasından başqa heç bir iş görülməyib.





1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:39