Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Çinin İrandan xam neft idxalı artıb

Çinin bu ilin sentyabr ayında İrandan xam neft idxalı artıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Çin Gömrük Təşkilatı rəsmi Pekinin sentyabr ayında Tehrandan gündəlik 475 min 521 barel xam neft alıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 24% çox deməkdir.

Xəbərdə həmçinin Çinin sentyabr ayında İrandan xam neft idxalının avqust ayına nisbətən 9% artdığı qeyd olunub.
1764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber