Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Terrorçular üçün İordaniya-Türkiyə hava korridoru yaradılıb

Silahlıların Suriyaya aparılması məqsədilə İordaniya-Türkiyə hava korridoru yaradılıb
İordaniyada hərbi təlim almış müxalifət silahlıları Suriya ərazisinə Türkiyə hava xətti ilə daxil olurlar

İordaniyada hərbi təlim almış müxalifət silahlıları Suriya ərazisinə Türkiyə hava xətti ilə daxil olurlar. İnterAz-ın Livanın “əl-Əxbar” qəzetinə istinadla verdiyi xəbərə görə, bu barədə Suriya müxalifət mənbələr məlumat veriblər. Bildirilib ki, İordaniyada təlim görmüş şəxslər İordaniyanın Marka hava limanından Türkiyənin Antakiya hava limanı xətti ilə göndərilərək, Suriyaya daxil olurlar. Həmçinin əlavə edilib ki, Suriya-Türkiyə sərhəddində Laziqiyyə əyalətində müxalifətə dəstək üçün son 3 gündə min radikal silahlı sözügedən kalidordan istifadə edərək Laziqiyyəyə gedib.

Suriya müxalifəti mənbəsi deyilən məlumatların İordaniyanın müvafiq məsul şəxsləri tərəfindən təsdiqləndiyini deyib və qeyd edib ki, silahlılar İordaniyanın şimalında ər-Rəsifə bölgəsindəki hərbi qərargahlarda yerli hərbiçilər vasitəsilə təlim alırlar.
1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı