Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

İlyas İsmayılov parlamentdə təkrar seçki tələb etdi

Millət vəkli, Ədalət Partiyasının sədri İlyas İsmayılov Milli Məclisin bugünkü iclasında çıxış edərək, boş qalmış seçki dairələri üzrə təkrar seçki keçirilməsini istəyib.

İ.İsmayılov belə seçki dairələrinin sayının 3 olduğunu xatırladıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinə əsasən vətəndaşlar dövlətin idarə olunmasında iştirak etmək hüququna malikdirlər və bu hüququ da onlar seçkilərin keçirilməsi vasitəsilə ya bilavasitə, ya da nümayəndələri vasitəsilə həyata keçirirlər. Konstitusiyanın 56-cı maddəsində isə göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək hüququ vardır. 116 saylı Zaqatala Seçki Dairəsindən Milli Məclisin deputatı seçilmiş Hikmət İsmayıl oğlu Atayev 2013-cü il martın 7-də avtoqəza nəticəsində dünyasını dəyişdi. 2012-ci ilin 3 oktyabrında Xətai 2-ci Seçki Dairəsindən deputat seçilmiş Gülər Əhmədova məlum hadisələrdən sonra deputat mandatından imtina etdi. 12 noyabr 2013-cü il tarixdən Baş Nazirin müavini təyin edilməsilə əlaqədar 19 saylı Nərimanov 1-ci seçki dairəsindən deputat seçilmiş Əli Əhmədov mandatını təhvil verdi. Beləliklə, Zaqatala Seçki Dairəsindən deputat yeri 1 il 1 aydan çox, Xətai 2-ci Seçki Dairəsindən deputat yeri 1 il altı aydan çox, 19 saylı Nərimanov Seçki Dairəsindən deputat yeri isə 4 aydan artıqdır ki, boş qalmaqda davam edir.

Halbuku Azərbaycan Respublikası Seçki Məcəlləsinin 176.4-cü maddəsində birbaşa göstərilir ki, deputat mandatının boş qalmasından sonra bir ay maddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən seçki dairələri üzrə Konstitusiyanın 54-55-ci maddələrinin və Seçki Məcəlləsinin 176.4-cü maddəsinin tələbləri pozulmaqda davam edir.

Düşünürəm ki, bu işə yüksək siyasi və hüquqi təfəkkürlə yanaşılmalı, vətəndaşların Konstitusiyanın 54 və 55-ci maddələrində təsbit olunan siyasi hüquqları təmin olunmalı, göstərilən üç dairədə tezliklə seçkilər təyin edilib, həyata keçirilməlidir"./modern/
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...