Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Dağıstanlı güləşçimiz erməniyə qalib gəldi

Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempionatının növbəti günü də millimiz üçün düşərli olub.

Bütün rəqiblərini məğlub edərək finala yüksələn güləşçimiz Ruslan Dibirhacıyev, həlledici görüşdə erməni idmançı Qriqor Qriqoryanı məğlub edərək Avropa çempionu adına layiq olub. Dibirhacıyev Qriqoryanı 12-2 hesabı ilə məğlubiyyətə uğradıb.
İlk mərhələdə təmsilçimiz belaruslu idmançı Anton Afanasyevlə qarşılaşıb və 10-2 hesablı qələbə əldə edib. ¼ finalda Ruslan macarıstanlı İstvan Qulyasa qarşılaşıb və görüşü 6-2 hesabı ilə xeyrinə başa vurub. Yarımfinal mərhələsində isə pəhləvanımızın rəqibi türkiyəli güləşçi Yakub Görə olub. Gərgin keçən görüş Dibirhacıyevin 5-4 hesablı qələbəsi ilə bitib.
Bu nəticə ilə güləş üzrə milli komandamız aktivinə növbəti medalı yaza bilib.
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı