Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Benzinin qiyməti qalxdı- 93 qəpik

Aprelin 4-ü axşam saatlarında Bakıdakı yanacaqdoldurma məntəqələrində AI-95 markalı benzin bahalaşdırılıb.

Yanacaqdoldurma məntəqələrində indiyədək litri 80 qəpik olan AI- 95 markalı benzinin 93 qəpiyə satılır.
Yanacaqdoldurma məntəqələrinin birində əməkdaşımıza bildirilib ki, Aİ-95 benzin bundan sonra olmayacaq. Onun əvəzində satılan benzin isə bahalaşıb. Tezliklə Aİ-92 markalı benzinin də qiymətinin qalxacağını bildiriblər. Qeyd edək ki, Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdir.
Maraqlıdır ki, benzinin başalaşması üçün Tarif Şurasının rəsmi qərarı yoxdur.
***
Musavat.com-un məumatına görə. Səhər saatlarına qədər 80 qəpikdən satılan AI- 95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
AZPETROL-un yanacaqdoldurma mətəqəsindən bildirilib ki, bundan sonra AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb.
Bu artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq AI-80 və AI-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.
Qəfil bahalıq sürücülərin etirazına səbəb olub. Sürücülər Avropa standartların keçid adı ilə AI-95 markalı benzinin onlara Premium markası kimi satılmasını, üstəlik bu addımın Tarif Şurasının qərarı olmadan atılmasını hökumətin vətəndaşların cibinə girməsi kimi dəyərləndirib./modern/
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı