Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

MDB-dən olan miqrantlara Rusiyadan xoş xəbər

Əmək miqrantları üç ay müddətində Rusiya vətəndaşına çevrilə biləcəklər

Rusiya Dövlət Duması bu gün Rusiya vətəndaşlığını sadələşdirilmiş yolla almağı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanun rusca danışan və valideynləri SSRİ-də yaşamış xarici vətəndaşlara şamil olunacaq.

Yeni düzəlişə görə, Rusiya vətəndaşlığını sadələşmiş yolla ana dili rus dili olanlar, birbaşa valideynləri və ya əcdadları daha öncə Rusiyada, yaxud Rusiya imperyasında və ya SSRİ-də, yaxud da çağdaş Rusiya sərhədləri daxilində yaşamış xaricilər ala biləcək.

Qanuna görə, həmin vətəndaşlar rus dilini bilmə səviyyəsini müəyyən etmək üçün müsahibədən keçəcəklər. Xaricilər öz ölkəsinin vətəndaşlığından imtina etdikdən sonra bu prosedurdan yararlana bilərlər.

Yeni qanuna görə, rus dilində yaxşı danışan və öz respublikasının vədəndaşlığından imtina edəcək əmək miqrantları üç ay müddətində Rusiya vətəndaşına çevrilə biləcəklər.
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi