Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Berkut döyüşçüləri OMON-a işə düzəlir

“Biz “Berkut”un hər bir əməkdaşına xidmətə baş vurması üçün köməklik göstərməyə hazırıq”

Moskva “OMON” xidmətinə Ukraynanın “Berkut” xüsusitəyinatlılarının ilk döyüşçüləri işə düzəlməyə gəlib. Onlar Rusiya vətəndaşlığını və Rusiya daxili işlər orqanlarında işə düzəlmək üçün lazımi bütün sənədləri düzəltməyə başlayıb.

Bu barədə Xüsusi təyinatlılar mərkəzinin kadrlala iş üzrə rəis müavini Byaçaslav Tkaç jurnalistlərə bildirib. “Hazırda “Berkut”un kifayət qədər işçisi bizə müraciət edib, Rusiya vəətndaşlığı və hərbi-tibbi komissiya rəsmiləşdirmə prosesi davam edir.

O bildirib ki, Xüsusi təyinatlılar mərkəzinə “Berkut”un növbəti mayoru gəlib.

“Biz “Berkut”un hər bir əməkdaşına xidmətə baş vurması üçün köməklik göstərməyə hazırıq. Onları bazamızda yataqxana ilə təmin edəcəyik” - deyə Tkaç əlavə edib.
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber