Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Əliyev və Sarkisyan görüşəcək

Həmsədrlərmünaqişənin həlli üçün yaxın zamanlarda prezidentlərin görüşünü təşkil edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ probleminin nizamlanması üçün yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşündən sonra ATƏT-in Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin bəytanatında məlumat verilib.

"Nazirlər sammitinin yaxın zamanlarda baş tuta biləcəyini müzakirə edib və eyni zamanda konkret məsələlər üzrə irəliləyişə nail olmağın vacibliyi vurğulanıb” - deyə sənəddə qeyd edilir.

Sənədin müəllifləri Azərbaycan və Ermənistan xarici siyəsət idarəsinin başçılarını “ciddi tədbirlər görməyə, regioanda gərginliyin azaldılması və prosesin sülh yolu ilə həllinə davam etdirməyə çağırıb.

Görüşün yeri və vaxtı barədə isə məlumat verilməyib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın bundan əvvəlki görüşü 2013-cü ilin noyabrında Vyanada baş tutub.
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı