Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

İşğalçı İsraildən Qəzzada bir ay ərzində 320 əməliyyat

Fələstin hökuməti Qəzzada İsrailin mart ayında təşkil etdiyi silahlı hücumların siyahısını tərtib edib.

Hesabatda işğalçı İsrail tərəfindən mart ayında 15 fələstinlinin öldürüldüyü, 82 nəfərin yaralandığı və 382 nəfərin girov götürüldüyü bildirilir.

İsrailin Qərbi Şəriyə və Qəzzada 320 əməliyyat reallaşdırdığı, fələstinlilərə məxsus 41 avtomobilin sıradan çıxarıldığı, 2670 ağacın kəsildiyi, 102 ərazi vahidinin ələ keçirildyi qeyd olunur. Hesabatda ayrıca İsrail əsgərlərinin fələstinlilərə məxsus 18 evi yerlə-yeksan etdiyi bəyan edilir.

İsrail tərəfi isə Fələstin hökumətinin yaydığı hesabata münasibət bildirməyib.
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi