Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Azərbaycan-Rusiya sərhədində 250 yük maşını qalıb

Dağıstan gömrüyü meyvə-tərəvəz daşıyan maşınları sərhəddən buraxmır

Rusiya-Azərbaycan sərhədində 250-dən çox ağırtonnajlı yük maşını qalıb. Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, buna səbəb Dağıstan gömrüyünün maşınları Azərbaycana buraxmamasıdır.

Dağıstan gömrüyü yükü əsasən tez xarab olan mallardan, meyvə-tərəvəzdən ibarət olan maşınların sürücülərindən TİR kitabçasını qəbul etməməsidir.

Belə ki, bu il dekabrın 1-dən etibarən Rusiya beynəlxalq yükdaşımalarla məşğul olanlardan bu kitabçanı qəbul etməyəcəyini elan edib. Lakin Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrüyü (Yaraq-Qazmalar sərhəd keçid məntəqəsi) bu qadağanı oktyabrın 21-dən tətbiq etməyə başlayıb.

Xəbərdə o da bildirilir ki, sərhəddən keçmək üçün sürücülərdən əlavə 3700 rubl haqq alırlar. Bir çoxları bu pulu verməli olur, çünki müştərilər vaxtında çatdırılmayan maldan imtina edə bilərlər.

Məlumata görə, eyni problem üzündən Azərbaycandan Rusiyaya gedən yük maşınları da buraxılmır və sərhədin bu tayında da dünəndən növbə yaranıb.
2052 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33