Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Əfqanlar prezident seçir

Seçkilərdə 8 namizəd mübarizə aparır

Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir. Seçkilərdə prezidentlik kürsüsü uğrunda 8 namizəd mübarizə aparır. Namizədlərdən üçü seçkilərin favoriti sayılır. Bunlar keçmiş maliyyə naziri Əşrəf Qəni, sabiq xaric işlər nazirləri Rəsul Zalmay və Abdulla Abdulladır. 2001-cu ildə "Taliban" hərəkatının devrilməsindən sonra prezident seçilən hazırki prezident Həmid Kərzai isə, Əfqanıstan Konstitusiyasına uyğun olaraq, üçüncü müddətə namizədliyini irəli sürə bilməz.

Bu gün Əfqanıstanda həmçinin bələdiyyə seçkiləri də keçiriləcək.

Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda keçirilir. Təhlükəsizlik tədbirlərinə 400 minə yaxın polis və hərbçi cəlb edilib./ans/
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24