Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Bəhreynlilər bölgədə keçirilən “Formula 1” yarışı boykot ediblər

Məlumata əsasən, polis və təhlükəsizlik qüvvələri kütlənin çoxluğunu nəzərə alaraq, etiraz aksiyalarını seyr etməli olublar və aksiyalar dinc yolla davam edib

Cümə günü Bəhreynin paytaxtı Manamada on minlərlə etirazçı küçələrə çıxaraq, dərhal siyasi islahatların aparılmasını tələb ediblər.

İnterAz-ın əl-Cəzirə-yə istinadla verdiyi xəbərə görə, dünən cümə günü 20 mindən artıq etirazçı Bəhreynin paytaxt və rayonlarında küçələrə çıxaraq, hakimiyyətdən siyasi islahatların aparılması, siyasi məhbusların azad edilməsi və “Formula 1” yarışlarının dayandırılmasını tələb ediblər.

Məlumata əsasən, polis və təhlükəsizlik qüvvələri kütlənin çoxluğunu nəzərə alaraq, etiraz aksiyalarını seyr etməli olublar və aksiyalar dinc yolla davam edib.

Etirazçıların əsas tələbi bu gün Bəhreyndə keçirilən “Formula 1” yarışının dayandırılması və onun boykot edilməsi olub. Bəhreyn müxalifətinin əsas cinahı hesab edilən “əl-Vəfaq” cəmiyyəti ölkədə azlığı təmsil edən hakimiyyətdən tələb edib ki, xalqın əksəriyyətini təmsil edən müxalifətin tələblərini cavablandırsın.

Bildirək ki, “Formula 1” yarışı 2001-ci ildə kütləvi etirazlar səbəbindən ləğv edilmişdi. Lakin hakimiyyət sözügedən beynəlxalq yarışı 2012 və 2013-cü illərdə keçirməyə müvəffəq ola bilib.
1053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber