Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Fələstin İsrailə 24 saat vaxt verdi

Fələstin İsrail ilə sülh danışıqlarının aprelin 29-dan sonra davam etdirilməsi üçün rəsmi Təl-Əvivə 24 saat vaxt verib. Bu barədə Fələstin parlamentarisi Mustafa Barquti açıqlama verib. Onun sözlərinə görə İsrail aprelin 29-dan sonra sülh danışıqlarını davam etdirmək üçün qərar verməlidir.

“Fələstinli məhbuslar bu gün azad edilməsə, sabah Fələstinin BMT-nin bir sıra təşkilatlarına üzv olmaq üçün quruma müraciət edəcəyik. İsrail mövqeyini dəyişmədiyi təqdirdə, rəsmi Təl-Əvivlə sülh danışıqlarını dayandıracağıq”, - deyə Mustafa Barquti bildirib.

Qeyd edək ki, ötən il iyul ayında ABŞ-da İsrail-Fələstin sülh danışıqları başlayıb. Danışıqlar 3 illik fasilədən sonra bərpa edilmişdi. Tərəflər sülh danışıqlarını ən azı 9 ay davam etdirmək barədə razılığa gəlmişdilər. Məlum olduğu kimi artıq sülh danışıqlarının vaxtı bitmək üzrədir.
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42