Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Rusiya səfirlərinin şok dialoqu: “Krım hələ başlanğıcdır”

İnternetdə Rusiyanın Malavi və Zimbabvedəki səfiri Sergey Baxarev və Eritreyadakı səfiri İqor Çubarovun şok telefon danışığı yayılıb.

Telefon danışığı BMT-də Ukrayna ilə bağlı keçirilən iclasdan sonra baş tutub. 

Telefon söhbəti zamanı İqor Çubarov Zimbabvenin BMT-dəki nümayəndəsinin Ukrayna ilə bağlı məsələdə düzgün mövqe tutduğuna görə Sergey Baxarevi təbrik edib. Baxarev isə Çubarovdan Eritreyanın Ukrayna məsələsində niyə bitərəf qaldığını soruşub. Hər iki səfir Eritreyanın belə mövqeyindən təəccübləndiyini deyib.

Bundan başqa İqor Çubarov səfiri olduğu ölkəsini Abxaziya və Cənubi Osetiyanı tanımağa məcbur edəcəyinə söz verib.

Daha sonra Krımın Rusiyaya birləşdirilməsindən danışan səfirlər bunun başlanğıc olduğunu deyiblər: “Sırada hələ başqa muxtar bölgələr də var”.

Rusiyanın Xarici İşlər Nazirliyi sözügedən telefon danışığı ilə bağlı açıqlama verməkdən imtina edib və səsyazısını “bəzi səslər, titrlər, şəkillər olan video” adlandırıb./ans/

 

 

1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP