Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

“İranlı Messi” İngiltərədə oynamaq istəyir

"Arsenal" və "Milan" klubları "Rubin”in (Kazan) "iranlı Messi"si Sərdar Azmunu öz heyətlərində görmək istəyirlər. 19 yaşlı hücumçu bu barədə rus mətbuatına açıqlama verib.

S.Azmun İngiltərədə oynamaq istədiyini vurğulayıb: "Mənə "Arsenal" və "Milan"dan konkret təkliflər göndəriblər. Hər iki klubun təmsilçiləri aprelin 10-da "Rubin" rəhbərliyi ilə görüşəcək. Belə klubların mənimlə maraqlanması qürurvericidir. Premyer-liqada oynamaq bir xəyaldır".

Qeyd edək ki, İranın "Sepahan" klubunun aşağı yaş qruplarında yetişən Sərdar "Rubin" forması ilə çıxdığı 9 oyunda 2 qol vurub. "Rubin" bu futbolçu üçün cəmi 3 milyon avro tələb edir.
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35
Bakıda dəhşət