Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Dollar bahalaşır: manatın məzənnəsi dəyişə bilərmi?

Son bir neçə gündür ki, ölkəmizdə dolların kursunda artım müşahidə olunur.

Məzənnədəki dəyişiklik iki qəpik təşkil edir. Srağagün 1 ABŞ dollarının satışı 0.786 idisə, dünən 0.788-olub. Bəzi ekspertlər bu dəyişikliyi müxtəlif səbəblərlə əlaqələndirsələr də, digərləri bunu ciddi hesab etmirlər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, dolların kursunda müşahidə olunan artım ciddi əhəmiyyət daşımır: “Elə bir ciddi artım yoxdur. Yaxın zamanlarda dolların kursunda nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmayacaq”.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qubad İbadoğlu da oxşar fikirlə çıxış edib: “Bu kiçik dəyişikliklər Azərbaycan manatının məzənnəsinə ciddi təsir etməyəcək. Yaxın zamanlarda manatın sabitliyinə heç bir təhlükə yoxdur. Əgər dünya bazarında neftin qiymətində ciddi ucuzlaşma baş verməzsə, ümumiyyətlə, məzənnə dəyişməyəcək”./aktual/
1228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı