Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Türkiyədən qovulan azərbaycanlı jurnalist Ərdoğanı Hitlerə bənzətdi

Türkiyənin “Todays Zaman” qəzetinin müxbiri, baş nazir Ərdoğan barədə sosial şəbəkələrdə tənqidi qeydlər yazdığı üçün bu ölkədən qovulan Mahir Zeynalov AKP-yə bağlı medianı yenidən qəzəbləndirib.

“Yeni Akit” qəzeti M.Zeynalovun yenidən “həddini aşdığını” yazıb.

Bildirilir ki, azərbaycanlı jurnalist baş nazir Ərdoğanın seçki mitinqlərində 4 barmağını yuxarı qaldıraraq tərəfdarlarına qələbə mesajları verməsini Hitlerlə müqayisə edib.

“Hitler də 4 barmağını yuxarı qaldıraraq “bunların kökünü qazıyacağıq” deyə bağırırdı. Milləti toplumun bir qisminə qarşı qızışdırırdı” - deyə jurnalist yazıb.

Qəzet isə yazır ki, əslində Ərdoğan Misirdə hərbi çevrilişə qarşı çıxanların müqavimət hərəkatının simvolu halına gələn RABİA işarəsi verib. Bu isə azadlıq və ədalət simvoludur.
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber