Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Nyu-yorkluların Putin “sevgis - Foto

Rusiya prezidenti V.Putinin son siyasi gedişləri bütün dünyada ona marağı artırıb. Özünü demokratik hesab edən ABŞ və Avropa ölkələri Kreml şefini Krımı faktiki öz ölkəsinə birləşdirdiyinə görə işğalçı adlandırsalar da, həmin ölkələrin özündə belə, V.Putinə qorxu və simpatiyanın simbiozu olan bir münasibətlə yanaşanlar var. Rusiyanın bir sıra saytları yazır ki, guya bu günlərdə Nyu-Yorkun məşhur “Manhetten” adlanan ərazisinin “11-ci avenyu” küçəsindəki evlərdən birinin divarında Putinin şəkli peyda olub.

Putinin silahlı kovboy geyimində təsvir edildiyi şəklin üzərində yazılıb:”Şəhərdə yeni şerif peyda olub”(Şerif- ABŞ-da dairə polis departamentinin rəisi vəzifəsinin adıdır)…
Hətta deyilənə görə, Nyu-Yorkda belə bir lətifə də peyda olub: Kafedə ata-ana və 6 yaşlı qızları nahar edirlər. Qızının yemək istəmədiyini görən ata telefonunu götürüb hədə ilə deyir:”Qızım, yeməsən, bax, bu saat Putinə zəng edəcəm, o gəlib səni yaxşıca yedizdirər!”


1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08