Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Lənkəranda xanım Zəhranın (s.ə) şəhadət günü qeyd olunub - Fotolent

Mərasimdə çıxış edən tanınmış ruhani seyid Elman Ağazadə xanım Fatimənin (s.ə) həyatı haqqında məlumat verib

Bir neçə gündür islam dünyası Həzrət Muhəmmədin (s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" həzrət Zəhranın (s.ə) şəhadət gününü qeyd edilər. Bu günlər müsəlmanlar arasında "Əyyami-Fatimiyyə" kimi tanınır.

SalamNews-un verdiyi məluamta görə, belə mərasimlərdən biri də Lənkəranda Əbəlfəzl məscidində təşkil olunub. Mərasimdə çıxış edən tanınmış ruhani seyid Elman Ağazadə xanım Fatimənin (s.ə) həyatı haqqında məlumat verib.

O, xanım Fatimənin (s.ə) həyat yoluna geniş nəzər salıb.

Bildirilib ki, həzrəti Fatimə (s.ə) İslam dünyasında hədsiz imanlı, son dərəcə elmli bir qadın kimi yad edilir. Qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərib. Tədbirdə həmçinin tanınmış şair-məddah Hacı Zahir Mirzəvi rozə və mərsiyyələr oxuyub.

Sonda mərasim iştirakçılarına ehsan verilib.


1972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı