Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Suriyada “Əhraruş-Şam” qruplaşmasının lideri öldürülüb

"Əhraruş-Şam” qruplaşmasının lideri Ənəs əl-Həlvə Laziqiyyənin Kəsəb rayonunda gedən döyüşlərdə öldürülüb

Suriyada daha bir qruplaşma lideri öldürülüb.

İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, “Əhraruş-Şam” qruplaşmasının lideri Ənəs əl-Həlvə Laziqiyyənin Kəsəb rayonunda gedən döyüşlərdə öldürülüb. “Əhraruş-Şam” qruplaşması Əbu-Muhacir ləqəbli Ənəs əl-Həlvənin öldürüldüyünü təsdiq edib.

Digər tərəfdən əl-Mənar telekanalı məlumat verib ki, Dəməşqin Şərqi-Quta bölgəsinin əl-Məliha rayonunda gedən döyüşlərdə “Duma Şəhidləri Briqadası”nın lideri öldürülüb.

Hazırda Suriya müxalifətinə mənsub islamçı qruplaşmalar əsas hücumlarını Suriya-Türkiyə sərhədində Laziqiyyə əyalətində aparır ki, təkcə son sutkada burada 50-dən artıq silahlıların öldürüldüyü qeyd edilir.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14