Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Əfqanıstanda səsvermə məntəqələrinə hücum olub

Əfqanıstanda səsvermə mərkəzlərinə bir neçə hücum olub. Nəticədə Əfqanıstanın Loqər vilayətində səsvermədə iştirak edən 3 əfqan yaralanıb.

Yaxın Şərq mənbələrinin verdiyi xəbərə görə, sözügedən 3 əfqan bu gün səhər Əfqanıstanın Loqər vilayətində bir səs vermə mərkəzində baş vermiş partlayış nəticəsində yaralanıblar.

Həmçinin taliblər tərəfindən Qəzney vilayətinin mərkəzinə 3 raket zərbə endirilib. Hücüm nəticəsində bir neçə nəfər həlak olub.

Qeyd edək ki, səhər Faryab vilayətinin Şirin Təkab şəhərində səsvermə məntəqəsinə hücum etmək istəyən yaraqlılar Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Taliban bundan öncə seçkilərdə iştirak edən şəxslərə hücum edəcəyini bildirmişdi.

Xatırladaq ki, ilk öncə Əfqanıstanda prezident və vilayətlər şuraları seçkilərinə bu gün səhər saat 7-dən 6428 seçki mərkəzində start verilib./deyerler/
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP