Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

"Əgər Ukrayna MDB-dən çıxsa, Rusiya sərt tədbirlərə əl atacaq"

"Əgər Ukrayna MDB-dən çıxsa, Rusiya sərt tədbirlərə əl atacaq" - Medvedev

Rusiyanın baş naziri Ukraynanın MDB-dən çıxacağı və Avropa Birliyi ilə assosiasiya olacağı təqdirdə ölkəsinin sərt tədbirlər görəcəyini bəyan edib.

İnterAz-ın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev Volqoqradda kənd və qəsəbələrin millət vəkillərinin qurultayında bəyan edib.

Medvedev bu tədbirlərin Rusiyanın aqrar bazarının qorunması məqsədilə görüləcəyini və Ümumdünya Ticarət Təşkilatı çərçivəsində ediləcəyini bildirib. "Əgər bizim ukraynalı tərəfdaşlarımız MDB-dən çıxsa və Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalasalar, biz aqrar biznes sahəsindəki əməkdaşlığımızın şərtlərinə yenidən baxmalı və Rusiyanın aqrar bazarının qorunması üçün ÜTT çərçivəsində tədbirlər görməyə məcbur olacağıq. Ukraynanın indiki rəhbərləri bu haqda (MDB-ni tərk edib AB ilə saziş imzalamaq haqda) danışırlar. Belə olacağı halda biz də sərt tədbirlərə əl atmalı olacağıq", - deyə Medvedev bəyan edib.

Xatırladaq ki, Ukrayna tərəfi cari ildə MDB-də sədrliyini davam etdirməkdən imtina edib. Martın 19-da Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bəyan edib ki, Ukrayna Müstəqil Dövlətlər Birliyinin sıralarını tərk etmək prosedurunu başlayır. Onu da bildirək ki, Ukrayna indiyə kimi MDB-nin Nizamnaməsini ratifikasiya etməyib, ona görə də formal olaraq Ukrayna MDB-nin üzvü deyil, təşkilatda yalnız müşahidəçi statusuna malikdir.
1216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber