Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

ABŞ-ın ən böyük şirkəti İranla əməkdaşlığa başladı

ABŞ “Boinq” şirkətinə İrana təyyarə hissələrini satmaq üçün lisenziya verib.

Bu barədə “Röyters”ə şirkət rəsmilərindən biri deyib.

Onun sözlərinə görə, lisenziyanın vaxtı qısamüddətlidir və ehtiyat hissələri yalnız təmirdə olan təyyarələr üçün nəzərdə tutulub.

Agentlik bildirib ki, “Boinq” ABŞ-ın 1979-cu ildən bəri tətbiq etdiyi sanksiyalardan sonra İranla ticarət əməliyyatı aparan ilk şirkət olacaq.

Bundan başqa “General Elektric Co.” şirkətinin rəsmi nümayəndəsi Rik Kennedi də bildirib ki, onun kompaniyası 18 aviasiya motorunun təmiri ilə bağlı sifariş alıb.

“Gələn həftə İran hava yollarının rəsmiləri ilə İstanbulda görüşəcəyik” deyə kennedi bildirib.
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00