Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Yaponiya ilə Rusiya arasında toqquşma

Takesima və Oki adalarının arasında sualtı qayıq əleyhinə 2 rus İl-38 təyyarəsi aşkarlanıb

Bu gün Yaponiya hərbi hava qüvvələrinin qırıcıları hava sərhədlərinə yaxınlaşan Rusiya təyyarələrini tutmaq üçün göyə qalxıblar.

Yaponiya müdafiə nazirliyi bildirib ki, ruslar ölkələrinin hava sərhədlərinə Yapon dənizi tərəfdən yaxınlaşıblar.

Nazirliyin məlumatına görə, Takesima və Oki adalarının arasında sualtı qayıq əleyhinə 2 rus İl-38 təyyarəsi aşkarlanıb. Onlar oradan Koreya yarımadasının şərq tərəfinə yönəliblər. Daha sonra yapon arxipelaqının qərb sahilləri boyunca uçublar. Yaponiyanın hava sərhədlərinin pozulması qeydə alınmayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya tərəfindən Yapon dənizinin bu sahəsinə “Nodon” tipli iki ballistik raket buraxılan gündən, yəni martın 26-dan bu yana Rusiya təyyarələri bu marşrutla artıq yeddi uçuş həyata keçiriblər.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber