Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Misirdə 23 nəfər tayfalararası münaqişənin qurbanı olub

Misirin cənubundakı Asuan şəhərində baş vermiş tayfalararası münaqişə nəticəsində 23 nəfər ölüb.

“RBK”-nın verdiyi xəbərə görə, münaqişəyə səbəb iki gün əvvəl tayfalardan birinin nümayəndəsinin digər tayfanın ünvanına səsləndirdiyi təhqir olub. Toqquşmalar zamanı tərəflər odlu silahdan istifadə edib, bir neçə ev yandırılıb. Polis qanlı qarşıdurmanı dayandırmağa bu gün müvəffəq olub.

Hadisə yerinə hərbçilərin də cəlb olunduğu bildirilir. Onların sözlərinə görə, iki tayfa arasında baş vermiş münaqişədə “Müsəlman qardaşlar” hərəkatının üzvləri də iştirak edib.

İnsident nəticəsində 31 nəfər yaralanıb.
1476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP