Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

İtmiş təyyarədən siqnal alındı

Malayziyaya məxsus "Boinq-777" tipli sərnişin təyyarəsinin axtarışının nəticəsiz qalacağı görünür.

Malayziya təyyarəsini axtaran Çin axtarış gəmisinin siqnal aldığı bildirilib.

Çinin "Şinhua" rəsmi xəbər agentliyi itmiş Malayziya təyyarəsini tapmaq üçün yaradılan beynəlxalq axtarış qrupundakı Çin gəmisinin Hind Okeanının cənubunda bir siqnal adığı xəbərini yayıb.

Xəbərdə, qaraqutu detektoru yerləşdirilən "Haixun 01" adlı gəminin saniyədə 37,5 HZ-lik bir siqnal aldığı, lakin bu siqnalın Malayziya hava yollarına məxsus itmiş təyyarəyə aid olub-olmadığı hələ bilinmir.

Təyyarənin qaraqutusundakı akustik siqnal ötürücünün batareyası 30 gün siqnal yaya bilir. İtməsindən 28 gün keçən təyyarənin qaraqutusunu tapmaq üçün 48 saat vaxt qalıb.

Xatırladaq ki, martın 8-i Malayziyadan Çinə uçarkən radarlardan itən "Boinq-777" sərnişin təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub./ans/
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
0