Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi

Ermənistan Azərbaycandan qaçan ailənin siyasi sığınacaq istəyini təmin edib.

Bu barədə Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeganyan açıqlama verib. “Onların xahişi təmin edilib, ailə qaçqın kimi tanınıb və ona Ermənistanda sığınacaq verilib”, - deyə qurum rəsmisi bildirib.

Xatırladaq ki, bu il yanvarın 29-da erməni-gürcü sərhədindəki “Baqrataşen” gömrük məntəqəsinə Bakı sakini, 1976-cı il təvəllüdlü Cavid Orucov öz həyat yoldaşı və üç uşağı ilə müraciət edərək Ermənistandan siyasi sığınacaq istəmişdi.

Orucov iddia eləmişdi ki, guya erməni əsilli arvadı Roza ilə ailə qurduqdan sonra Azərbaycanda təqiblərlə üzləşib. Lakin Azərbaycanda onun bu iddiaları öz təsdiqini tapmamış, hətta Orucovun doğmaları belə, onun haqda müsbət fikir söyləməmişdilər./Musavat/
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 16:24