Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Qarabağ veteranının evini sökdülər - Fotolar

Səbəb 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazırlıqdır

Qarabağ veteranının oğlu Murad Xəlilov: “Belə ölkədə yaşamağa insan xəcalət çəkir”

Bu gün günorta saatlarında Bakının Binəqədi rayonu Ziya Bünyadov küçəsində Qarabağ veteranı Xəlilov Eldar Ağaməşədi oğluna məxsus yaşayış evi sökülüb.  Buna səbəb 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunlarıdır.

Qeyd edək ki, Voleybol Federasiyasının qarşısında yerləşən ərazidəki yaşayış evləri 1 il əvvəldən sökülməyə başlayıb. Ərazidə yaşayan sakinlərin əksəriyyəti verilən kompensasiyanın müqabilində başqa yerlərə köçsələr də, Qarabağ veteranı verilən kompensasiya ilə razılaşmayaraq, yaşayış yerini dəyişməyib. Bu gün isə Qarabağ veteranının da evi sökülüb. Və bununla həmin ərazidəki yaşayış evlərinin sökülməsi prosesi başa çatdırılıb.

Musavat.com-un əməkdaşı həmin ərazidə çəkiliş apararkən özünü təqdim etmək istəməyən və söküntü işlərinə rəhbərlik edən (Sakinlərin dediklərinə görə, onun adı Səməddir) şəxs bu ərazinin “Azeryolservis” ASC-ə məxsus olduğunu bildirib: “Burada 30-a yaxın ev sökülüb. Köçən sakinlər onlara verilən kompensasiya ilə razılaşıblar. Bu ərazidəki evlər tamamilə qanunsuz tikililərdir. Ona görə də, bu evlərin sökülməsi normal haldır. Qarabağ veteranına isə onun evinin müqabilində 105 min manat kompensasiya təklif olunub. O isə bizdən 120 min manat tələb edir”.

Söküntü işlərinə rəhbərlik edən şəxs yaşayış evlərinin sökülməsinin səbəblərini də açıqlayıb: “Bu ərazidəki evlərin hamısı plana düşüb. Məqsəd burada park salmaq, ərazini tamamilə gözəlləşdirmək, 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazır olmaqdır”.

Ərazidə toplaşan digər sakinlər isə qeyd ediblər ki, artıq onların da evləri plana düşüb və onlara evlərindən çıxmaları barədə xəbərdarlıq edilib.

Evi sökülən Qarabağ veteranının da fikirlərini öyrənməyə çalışdıq. Ancaq bu, mümkün olmadı. Çünki biz həmin əraziyə çatdığımız zaman artıq o, “Azeryolservis” ASC-yə aparılmışdı. 

Qarabağ veteranının oğlu Xəlilov Muradın dediyinə görə isə onun atasına hədə-qorxu gəlinərək, zorla verilən kompensasiya qol çəkdirmək istəyirlər: “Özünü BŞİH-nin nümayəndəsi kimi təqdim edən şəxs atama hədə-qorxu gələrək, verilən kompensasiyaya qol çəkməsini tələb etdi. Atam hazırda “Azeryolservis” ASC-nin binasına aparılıb. Biz evimizin müqabilində verilən məbləğlə necə razılaşa bilərik? Bizim evimiz 103 kv.m-dir . Ərazimizdə 12 dənə meyvə ağacı var. 3 bahalı dəzgahımızı dağıtdılar. Bunun müqabilində bizə 105 min manat pul verirlər. Əllərində olan əsas sübut odur ki, evimizin sənədi yoxdur. Biz dəfələrlə evimizi sənədləşdirməyə çalışmışıq. Bizdən 30 min manat pul tələb etdilər. O qədər pulumuz olmadığına görə sənəd düzəldə bilmədik. Atam 4 il bu vətən uğrunda canını qoyub. Amma indi bizi küçələrə atırlar. Belə ölkədə yaşamağa insan xəcalət çəkir”./musavat/































1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı