Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Əfqanıstanda prezident seçkisinin ilkin nəticələri bilindi

Əfqanıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Nəticələrə görə, General Dustumla birgə koalisiyada seçkiyə getmiş Əşrəf Qəni Əhmədzai böyük say üstünlüyü ilə irəlidədir. İlkin məlumata görə, o, səslərin 65 faizinindən çox toplayıb.

Ölkənin tarixində ilk dəfə hakimiyyətin demokratik yolla dəyişməsi üzrə səsvermə yüksək davamiyyət şəraitində keçib. Seçkilərə 8 namizəd qatılıb. Lakin əsas mübarizə sabiq xarici işlər nazirləri Abdulla Abdulla, Zalmay Rəsul və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzai arasında aparılıb. Hazırkı prezident Həmid Kərzai seçkilərdə iştirak etməyib.O, Zalmay Rəsulun namizədliyini müdafiə edib.

İlkin nəticələrə görə, Zalmay Rəsul 3-cü, Abdulla Abdulla isə 2-ci yeri tutub.

Yekun nəticələr 6 həftə sonra bəlli olacaq. Namizədlərdən heç biri 50 faiz səs yığa bilməsə, seçkilərin ikinci turu keçiriləcək.

Bir çox bölgədə yağışlı havaya və Talibanın partlayış təhdidlərinə rəğmən seçicilər səs vermək üçün növbələrə durublar. Bununla yanaşı pis hava şəraiti və əsasən təhlükəsizlik risklərinə görə qərbdəki Herat və Kabuldan şimal-şərqə doğru yerləşən Kapisa bölgələrində bəzi seçki məntəqələri bağlanılıb.

Artıq iki müddət prezident olmuş Həmid Karzai Konstitusiya tələbinə uyğun olaraq 3-cü müddətə namizədliyini irəli sürməyib. 2011-ci ildən Əfqanıstana rəhbərlik edən sabiq prezident xalqı səsvermədə aktiv iştiraka çağırıb.
Seçkilərdə çox sayda qadınlar iştirak edib.
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber