Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Daha bir azərbaycanlı Moskvanı qarışdırdı

Milisə təslim olmaq istəməyən Mirzə Sarıyev kapitan Sergey Jadobkini öldürməkdə ittiham edilir

Moskva milisi bu gecə seriya qətllərdə şübhəli bilinən 3 azərbaycanlının və bir beloruslunun yaxalanması məqsədilə əməliyyat keçirib. Məlumatına görə, cinayətkar dəstə təslim olmaq istəmədiyindən əməliyyat itkisiz ötüşməyib. Kapitan Sergey Jadobkin aldığı güllə yarasından hadisə yerində keçinib.



Kapitanın 48 yaşlı Mirzə Sarıyev tərəfindən öldürüldüyü ehtimal edilir. Onun oğurluqda şübhəli bilindiyi və axtarışda olduğu bildirilir. Kapitan Jadobkin cinayətkarı binanın girişində saxlamaq istəyib. Qonşuların sözlərinə görə, ucadan danışanların səsləri eşidilsə də, güllə səsi eşitməyiblər.

Sarıyev və daha 3 nəfər hadisə yerində saxlanılıb və onlar tibbi yoxlamadan keçmək üçün narkoloji kliniki xəstəxanaya, oradan da Rusiya Federassiyası İstintaq Komitəsinə aparılıblar.

Əməliyyatda öldürülmüş kapitan Sergey Jadobkinə ölümündən sonra mükafat veriləcək. Onun iki yaşlı qızının qaldığı bildirilir./ans/
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber