Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2014

Suriyada döyüşən "Arsenal"ın oyunçusunun açıqlaması

Əbu İsa əl Endusi bir vaxtlar İngiltərədə futbolçu olduğunu və “Arsenal” futbol klubunun formasını geyindiyi etiraf edib

Dünyanın ən məşhur futbol klublarından biri olan “Arsenal”ın sabiq futbolçusu Suriyada döyüşür. Suriya gedib, İrak Şam İslam Dövləti (İŞİD) adlı qruplamanın üzvü və “Arsenal” kubunun sabiq futbolçusu olduğu iddia edilən şəxs barəsində yayılan xəbərləri İŞİD komandirlərindən biri olan Ömər Əl Çeçenin rəsmi internet səhifəsi təsdiqləyib.

Şəxsiyyəti açıqlanmayan və İŞİD kameralarına müsahibə verən silahlı döyüşçü adının Əbu İsa əl Endusi olduğunu söyləyib. O, müsahibəsi zamanı Suriyada baş verən hadisələrdən bəhs edib. Daha sonra o, əvvəllər İngiltədə futbolçu olduğunu və “Arsenal” futbol klubunun formasını geyindiyi deyib.

O, Avropadakı həyat tərzinin İslam dininə uyğun olmadını deyərək Suriyaya getdiyini də sözlərinə əlavə edib. Döyüşçü bir vaxtlar İngiltərə Premier Liqasında “Arsenal”ın futbolçusu kimi oynadığını da qeyd edib. Keçmiş futbolçu olduğunu deyən şəxsin Portuqaliyalı olduğu və əvvəllər “Sporting Lisbon” klubunda məşhur futbolçu Kristian Ronaldo ilə birlikdə futbol oynadığı da yayılan iddialar sırasında yer alıb./ans/
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19