Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Türkiyədə kimin prezident olacağı məlumdur

"Prezidentin kim olmasının işarəsini də, prezidentin adını da dedi bu millət"

“Türkiyədə kimin prezident olacağı məlumdur. Millət 30 mart seçkisində bunun işarəsini verdi”. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Ölkə siyasətində tıxanma problemi olduğunu deyən nazir bildirib ki, Türkiyənin yeni sistemə, yeni konstitusiyaya ehtiyacı var.

“Türkiyədə siyasət tıxanma problemi yaşayır. Yeni bir konstitusiya, yeni bir sistemə ehtiyac var. Yeni sistemin adı prezident üsul idarəsimi olar, ikiyerli parlament sistemimi olar, bunlar müzakirə olunmalıdır”.

Zeybəkçi baş nazir və AKP-nin sədri Ərdoğan və partiyasının 30 mart bələdiyyə seçkisində qazandığı qələbəyə eyham vuraraq millətin kimin prezident olmasına qərar verdiyini deyib.

“Millət 30 mart bələdiyyə seçkisində işarəni verdi. Prezidentin kim olmasının işarəsini də, prezidentin adını da dedi bu millət. Prezidentin kim olduğu açıqca məlumdur. Partiya böyüklərimiz adı da açıqlayacaqlar”.

Qeyd edək ki, Türkiyədə bu ilin avqustunda keçiriləcək ilk prezident seçkisi üçün indidən qızğın müzakirələr və mübahisələr başlayıb.
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP