Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

PKK Türkiyəni hücumla hədələdi

“Ankara tezliklə Suriyada yaşayan kürdlərə qarşı edilən vəhşiliklərə etiraz etməsə kürd qiyamçıları Şimali İraqdan Türkiyəyə girəcək”, - deyə PKK terroristlərinə dağ daldanacaqlarında rəhbərlik edən qadın militan Türkiyəni hədələyib.
“Axar.az”ın xəbərinə görə, PKK liderlərindən Cəmil Bayik İslam ordusunun Suriya kürdlərinə qarşı vəhşilik törətməsinə dəstək verən Türkiyəyə qarşı PKK-nın cavab tədbirləri görmək hüququ olduğunu deyib.
Prinsipcə, "bərabərlik, azadlıq və demokratiya"ya əsaslandıqları sürəcə PKK Ankara ilə İraq Kürdüstanının yaxşı əlaqələrinə qarşı deyil. “Neftə, qaza və iqtisadiyyata əsaslanan əlaqələr: biz belə əlaqələri doğru hesab etmirik və bunlar Kürd problemini həll etmir”, - deyə Bayik bildirib.
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu