Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Aİ 95 satışdan çıxarıldı

Artıq Bakıda Aİ 95 markalı avtomobil yanacağı satışdan çıxarılıb, əvəzində “Avro-4” standartlarına uyğun “Premium” təklif edilir.

Aİ 95 markalı yanacaq əvəzinə təklif edilən “Premium”un qiyməti 93 qəpikdir və beləliklə, Aİ 95-in qiymətinin dolayısı ilə artdığı təsdiqləndi.

Aİ 98 markalı benzin də “Super benzin” adı ilə əvəzlənib. Satıcıların bildirdiyinə görə, növbəti mərhələdə Aİ 92 markalı benzinin satışdan çıxarılması və standartların “Avro-4”ə keçirilməsi ilə əlaqədar, yanacaqdoldurma məntəqələrinə yalnız “Premium” markalı yanacağın verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Premium” və “Super” markalı yanacaqlar ölkəmizə idxal olunur. Ona görə də Aİ 92 markalı yanacağın yalnız Azərbaycanda “Avro-4” standartına uyğun istehsal başladıqdan sonra satışdan çıxarılacağı bildirilir. SOCAR isə artıq “Avro-4” markalı benzin istehsalına hazırlıqla bağlı proqram qəbul edib. Ancaq istehsala nə vaxtdan başlanılacağı barədə hələlik konkret tarix yoxdur./axar/
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17