Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Bu günün hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Temperatur gecə 2-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 773 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 7-də Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcək, temperatur gecə 2-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir.
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...